ABŞ Ukraynanın təhlükəsizlik zəmanətlərinin detallarını müzakirə etməyə hazır deyil - Rubio Rubio

Birləşmiş Ştatlar Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təfərrüatlarını müzakirə etməyə hələ hazır deyil.
AFN.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Fransada jurnalistlərə açıqlamasında bildirib: “Mən Rusiya xarici işlər naziri Sergey Lavrova da bildirdim ki, ABŞ Ukrayna tərəfi ilə danışıqlar aparıb, biz plan təklif etmişik, lakin onun detallarını hələ müzakirə etməmişik”.
Rubio əlavə edib ki, danışıqlar konstruktiv, müsbət olub və heç kim heç nəyi rədd etməyib. "Tərəflər gələn həftə müzakirələr və qərarların qəbulu üçün paytaxtlarına qayıdacaqlar. Fransa, Böyük Britaniya və Almaniyadan olan nümayəndələr çox konstruktiv və faydalı oldular" - deyə Rubio bildirib.
Qeyd edək ki, aprelin 17-də Fransa prezidenti Emmanuel Makron Parisdə Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Vitkoff ilə görüşüb. Yelisey sarayının məlumatına görə, danışıqlar Ukraynadakı münaqişənin nizamlanması məsələsində mövqelərin yaxınlaşmasına kömək edib.
Beş ölkənin nümayəndələrinin növbəti görüşü gələn həftə Londonda planlaşdırılır.