NYT: ABŞ Ukrayna və Avropaya potensial razılaşma şərtlərini tətbiq etməyəcək

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibəyə son qoymaq üçün ABŞ-Rusiya danışıqları nəticəsində əldə edilmiş hər hansı ikitərəfli razılaşmanın şərtlərini Ukrayna və Avropaya tətbiq etmək niyyətində olmadığını bildirib.
“The New York Times” ABŞ dövlət katibi Marko Rubionun Ukraynadakı müharibəyə son qoymaq məqsədi ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra bəzi Avropa rəsmiləri ilə telefon danışıqlarının təfərrüatlarını əldə edib.
Xəbərdə deyilir ki, Rubio avropalı həmkarlarına telefon danışıqlarında Rusiya ilə hər hansı ikitərəfli razılaşmanın şərtlərini Ukrayna və Avropaya tətbiq etmək fikrində olmadığını bildirib.
Buna uyğun olaraq nazir Rubio da Ər-Riyaddakı danışıqların Rusiyanın sülh prosesindəki səmimiyyətini ölçmək üçün ilk addım olduğunu bəyan edib.
Diplomatik əlaqələrin normallaşması istiqamətində atılacaq addımların Rusiyanın əsl niyyətlərini anlamaq üçün bir sınaq olacağını deyən Rubio, "Moskva bu məsələdə belə irəliləyişə nail ola bilməsə, Ukrayna məsələsində də ciddi olmadıqları aydın olacaq" deyib.
Rubio Rusiyanın davranışında nəzərəçarpacaq bir dəyişiklik olmadığı təqdirdə ABŞ-ın Rusiyaya qarşı sanksiyaları qaldırmayacağını bildirib və ölkə ABŞ-ın istədiyi addımları atmağa başlasa, bəzi sanksiyaların məhdud şəkildə yumşaldılmasına imkan verəcəyini vurğulayıb.
Rubio Avropa rəsmilərinə bildirib ki, rusların yalnız bir görüş keçirməklə razılaşmaya ciddi olub-olmamasından əmin ola bilməz.
Rubio isə Moskvanın danışıqlar prosesini irəli aparmaq niyyətində ola biləcəyi təəssüratının yarandığını bildirib.