Rubio NATO və Arktika mövzularını müzakirə etmək üçün İsveçə gedir


ABŞ-ın dövlət katibi Marko Rubio mayın 22-də İsveçdə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

AFN.az xəbər verir ki, Dövlət Departamentinin yaydığı rəsmi bəyanata görə, səfər çərçivəsində regional təhlükəsizliklə yanaşı, Arktika regionundakı vəziyyət də diqqət mərkəzində olacaq.

Helsinqborq şəhərində baş tutacaq toplantıda Marko Rubio alyansdakı həmkarları ilə müdafiə investisiyalarının artırılması və NATO daxilində öhdəliklərin daha ədalətli bölüşdürülməsi zərurətini müzakirə edəcək. Dövlət katibi, həmçinin Danimarka, İslandiya, Kanada, Norveç, Finlandiya və İsveç nümayəndələri ilə bir araya gələrək Arktikada iqtisadiyyat və təhlükəsizlik sahəsindəki ümumi maraqları, eləcə də Uzaq Şimalda mövqelərin gücləndirilməsi məsələlərini nəzərdən keçirəcək.

Səfər proqramına əsasən, Rubionun İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Mark Rütte ilə də ikitərəfli görüşləri planlaşdırılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu