Rubio: ABŞ artıq Ukraynaya silah vermir

ABŞ artıq Ukraynaya birbaşa silah vermir, NATO vasitəsilə satır.
AFN.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio ABŞ prezidenti Donald Tramp, Vladimir Zelenski və Avropa liderləri arasında keçirilən görüşdən sonra "Fox News" telekanalına müsahibəsində deyib.
"Biz artıq Ukraynaya silah vermirik. Artıq Ukraynaya pul vermirik. İndi biz onlara silah satırıq və Avropa ölkələri onların pulunu NATO vasitəsilə ödəyir" - deyə dövlət katibi bildirib.