Tramp: Ukraynaya silahları NATO vasitəsilə göndərəcəyik


ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ukraynaya silah tədarükünü NATO vasitəsilə həyata keçirmək üçün alyansla razılığa gəldiklərini və bu silahların xərcini NATO-nun qarşılayacağını bildirib.



Tramp NBC News kanalına verdiyi müsahibədə Ukraynaya təmin ediləcək hərbi dəstəyə dair ABŞ, NATO və Ukrayna arasında əldə olunan yeni razılaşmanın təfərrüatlarını açıqlayıb.



ABŞ-dan göndəriləcək hərbi sursatın əvvəlcə NATO-ya təhvil veriləcəyini, daha sonra isə NATO tərəfindən Ukraynaya ötürüləcəyini bildirən Tramp “Silahları NATO-ya göndəririk və NATO bu silahların pulunu tam şəkildə ödəyir. Əslində silahlar NATO-ya çatdırılır və NATO da onları Ukraynaya verir” deyib.



Tramp bu razılaşmanın ötən ay keçirilən NATO Zirvəsində əldə olunduğunu vurğulayıb.



Tramp eyni mexanizmin “Patriot” hava hücumundan müdafiə sistemləri üçün də tətbiq olunacağını qeyd edib:



Rusiya-Ukrayna müharibəsi ilə bağlı da fikirlərini bölüşən Tramp “Rusiyaya görə məyusam, amma növbəti bir neçə həftədə nələrin baş verəcəyini görəcəyik” deyib.



Tramp 14 iyul bazar ertəsi günü Rusiya ilə bağlı önəmli bir açıqlama verəcəyini də əlavə edib.



ABŞ-ın ticarət tərəfdaşı olan bir çox ölkəyə 15–20 faiz arasında yeni ümumi gömrük rüsumları tətbiq etməyi planlaşdırdıqlarını bildirən Tramp, bu tariflərin çox müsbət qarşılandığını vurğulayıb.



Hazırda qüvvədə olan ümumi gömrük rüsumları təxminən 10 faiz səviyyəsində tətbiq edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu