ABŞ prezidenti: NATO bizimlə ədalətli davranmalıdır

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, Ukraynadakı döyüşlər faktiki olaraq Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə Rusiya arasında müharibədir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, Vaşinqtonda hakimiyyətdə olduğu ilk müddət ərzində Şimali Atlantika Alyansına üzv ölkələrin onun təzyiqi ilə hərbi xərcləri əhəmiyyətli dərəcədə artırmağa başladıqlarını deyib: "Milyardlarla dollarlarla gəlirdi və NATO xeyli gücləndi. İndi NATO bu pulun böyük hissəsini bu dəhşətli müharibə ilə mübarizəyə xərcləyib".
Tramp ABŞ-ın öz gələcəyini Şimali Atlantika alyansında görüb-görməməsi ilə bağlı sualı da cavablandırıb: “NATO bizimlə ədalətli davranmalıdır. Əgər onlar hesablarını ödəsələr və etməli olduqlarını edərlərsə, əməkdaşlıq davam edər”. Eyni zamanda, o, ABŞ-ın Vaşinqtonun müdafiə xərclərindən narazı olduğu ölkələrə kömək etmək istəməməsi barədə əvvəlcədən xəbərdarlıq etdiyini vurğulayıb.