Bayden NATO-nu Rusiya müdafiə sənayesinin iş tempi ilə ayaqlaşmağa çağırıb


ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiya müdafiə sənayesi kompleksinin sürətini artırır və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) da geri qalmamalıdır.


AFN.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib. "Biz qalxanı necə gücləndirə bilərik? Bir cavab sənaye bazamızı gücləndirmək planımız olmalıdır. Müdafiə istehsalına gəldikdə, Rusiya indi müharibə vəziyyətindədir. O, silah, sursat və nəqliyyat vasitələrinin istehsalını əhəmiyyətli dərəcədə artırır", - Amerika lideri bildirib.

Vaşinqtonda keçirilən NATO sammitinin ilk işçi sessiyasında. çıxış edən Bayden bildirib ki, Rusiya Çin, Şimali Koreya və İrandan kömək istəyir.

"Məncə, biz ittifaqın geridə qalmasına imkan verə bilmərik" - deyə o, qeyd edib.

İyulun 9-da ABŞ-ın paytaxtında başlayan NATO-nun sammiti iyulun 11-də başa çatacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu