Bayden Ağ Evdə Stoltenberqi qəbul edib
NATO baş katibi Yens Stoltenberq Alyans üzvlərinin bu il müdafiə xərclərini 18 faiz artıracağını açıqlayıb.
ABŞ prezidenti Co Bayden Ağ Evdə Stoltenberqi qəbul edib. İkili burada mətbuata qısa açıqlama verib.
Bayden Stoltenberqə təşəkkür edərək, "Birlikdə Rusiyanın Avropadakı hücumlarının qarşısını alırıq" ifadələrini işlədib.
Stoltenberq iyulda Vaşinqtonda keçiriləcək NATO Sammitində Alyansın 75-ci ildönümünü qeyd edəcəklərini və gələcək üçün mühüm qərarlar verəcəklərini bildirib.
NATO müttəfiqlərinin müdafiə xərcləri ilə bağlı yeni rəqəmlərin olduğunu ifadə edən Stoltenberq, "NATO müttəfiqləri bu il müdafiə xərclərini 18 faiz artıracaq. Bu, son illərin ən böyük artımıdır" deyib.
Stoltenberq qeyd edib ki, NATO üzvü olan 23 ölkə ümumi daxili məhsulunun 2 faizini və ya daha çoxunu müdafiəyə xərcləyəcək.