Bayden: "ABŞ və müttəfiqləri Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab verə biliblər"


"ABŞ və müttəfiqləri Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab verə biliblər".


"AFN.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşada səfərdə olan ABŞ Prezidenti Cozef Bayden deyib.

Bayden hesab edir ki, ötən il Vaşinqton və onun müttəfiqləri Rusiyanın Ukraynadakı hərəkətlərinə müqavimət bacarığını nümayiş etdirib.

"Bütün dünya sınaq qarşısındadır. Avropa sınaq qarşısındadır, Amerika sınaq qarşısındadır, NATO sınaq qarşısındadır. Cavab verəcəyik, yoxsa üz çevirəcəyik? Güclü, yoxsa zəif olacağıq?" - Amerika lideri bildirib.

Bayden əlavə edib ki, NATO Ukraynadakı münaqişədən parçalanmayacaq və yorulmayacaq, Vaşinqton və müttəfiqlərinin Kiyevə dəstəyi zəifləməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu