Bayden Ukrayna və NATO-nu qarışdırdı
Fevralın 17-də ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasının üzvlərinə müraciəti zamanı Ukrayna və NATO-nu çaşdırıb.
“Fox News” dövlət başçısının səhvi barədə məlumat yayıb.
Konqres üzvlərini Ukrayna, İsrail və Tayvana pul ayıracaq qanun layihəsinə səs vermək üçün Vaşinqtona qayıtmağa çağıran Bayden, NATO-nun parçalanmasına imkan verməməyə çağırıb.
“Ukraynadan çıxacağımız ideyası, NATO-nun parçalanmasına icazə verəcəyimiz ideyası Amerika Birləşmiş Ştatlarının maraqlarına tamamilə ziddir. Bu, Eyzenhauerdən bəri verdiyimiz sözə ziddir. Beləliklə, indi Konqresin NATO-nun maliyyələşdirmə qanunvericiliyini qəbul etməsindən əmin olmaq vaxtıdır”, o bildirib.
Baydenin çıxışından sonra X sosial şəbəkəsində Respublikaçıların Milli Komitəsi prezidentə xatırladıb ki, nə Ukrayna, nə İsrail, nə də Tayvan hərbi alyansın üzvü deyil.