NATO-nun baş katibi Ukraynadakı münaqişənin dondurulmasına qarşı çıxıb


Ədalətli dünya Ukraynadakı münaqişənin dondurulmasını ehtiva edə bilməz.


AFN.az Reuters-ə istinadən xəbər verir ki, buna NATO-nun baş katibi Yens Stoltenberq Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransında etiraz edib.

“Hər kəs bu müharibənin bitməsini istəyir, lakin ədalətli sülh münaqişənin dondurulmasını və Rusiyanın diktə etdiyi şərtlərlə razılaşmanı ehtiva edə bilməz”, - Şimali Atlantika alyansının rəhbəri deyib.

NATO-nun baş katibi alyansın qarşıdan gələn sammitinin Kiyev üçün əhəmiyyətindən də danışıb. O vurğulayıb ki, Vilnüsdə keçiriləcək sammitdə Ukraynaya çoxillik hərbi dəstək proqramı mövzusuna toxunulacaq və bu, onu Şimali Atlantika Alyansına yaxınlaşdıracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu