Ritter: Trampın bəyanatları ABŞ-ın NATO-dan ayrılmasına işarə edir


Donald Trampın NATO-ya üzv ölkələrin müdafiə xərclərini ÜDM-nin 5%-nə qədər artırmaq tələbi Vaşinqtonun Şimali Atlantika Müqaviləsi Təşkilatından ayrıldığına dair xəbərdarlıq kimi qiymətləndirilə bilər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu keçmiş amerikalı kəşfiyyat zabiti və BMT-nin keçmiş müfəttişi Skott Ritter deyib.

"Tramp əsasən Avropaya xəbərdarlıq etdi: 5%, ya da öl. Tramp bilir ki, NATO ölkələri 5%-ə çata bilməz. Deməli, mahiyyət etibarı ilə Tramp NATO-ya deyir ki, bu, sondur. Amerikanın NATO ilə 75 illik əlaqələri bitib".

Qeyd edək ki, Tramp NATO-ya üzv ölkələrin müdafiə xərclərini artırmağa çalışacağını elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu