Kanada Ukraynaya 80 mindən çox raket mühərriki göndərəcək


Kanada Ukraynaya CRV-7 idarə olunmayan təyyarə raketləri üçün 80,8 mindən çox mühərrik, o cümlədən onlar üçün 1,3 min döyüş başlığı verəcək.


Bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyerin açıqlamasında deyilir.

Bundan əlavə, Ottava Kiyevə 970 pulemyot və 10,5 min tapança, həmçinin Kanada ordusu tərəfindən istismardan çıxarılan M113 və Coyote LAV zirehli transportyorlarının hissələri təhvil verəcək.

Qeyd olunur ki, bu yardımın partiyası artıq göndərilməyə hazırlanır və Polşa vasitəsilə Ukraynaya çatdırılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu