Ukrayna "Leopard" tanklarından ibarət iki batalyon yaradır
Bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles İspaniya parlamentariləri qarşısında çıxışı zamanı bildirib. O qeyd edib ki, gələcəkdə Ukraynaya daha çox tank göndərilə bilər.
Qeyd edək ki, fevralın 14-də “Ramştayn” formatında növbəti görüşdən sonra ABŞ-ın müdafiə naziri Loyd Ostin səkkiz ölkənin Ukraynaya “Leopard” tanklarının verilməsi məsələsində əməkdaşlıq etdiyini bildirib. Söhbət Almaniya, Polşa, Kanada, Portuqaliya, İspaniya, Norveç, Danimarka və Niderlanddan gedir.
Onun sözlərinə görə, müttəfiqlər Ukraynaya səkkiz döyüş briqadasından artıq zirehli texnika və tanklar təhvil verməyə söz veriblər.
Fevralın 20-də müdafiə naziri Aleksey Reznikov Ukrayna Silahlı Qüvvələrinin "Leopard 2" ilə təchiz olunacaq ən azı iki tank batalyonu yaratmağı planlaşdırdığını açıqladı.
Norveç səkkiz ədəd "Leopard 2" tankını Ukraynaya təhvil verəcək .
Polşa yaxın iki-üç həftə ərzində Ukraynaya 14 ədəd "Leopard 2" tankı tədarük edəcək .
M.Vahidli