İspaniya Ukraynaya "Leopard" tankları və zirehli texnika göndərib


İspaniya hökuməti Ukraynaya "Leopard 2A4" tanklarının və zirehli transportyorlarının yeni partiyasını göndərib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyinin press-relizində deyilir.

Nazirlik bildirir ki, iyulun 24-də Ukraynaya gedən hərbi və humanitar materialların olduğu gəmi Santander limanını tərk edib. Bütün yükün avqustun əvvəlində Kiyevə daşına biləcəyi gözlənilir. "Xüsusən, İspaniyanın göndərdiyi material hökumətin vəd etdiyi dörd Leopard 2A4-dən ibarətdir və onlar artıq Ukrayna hökumətinə təhvil verilmiş eyni xüsusiyyətlərə malik altı Leopard 2-yə əlavə olunacaq", - deyə nazirliyin açıqlamasında vurğulanır.

Kiyevə 10 zirehli transportyor, 10 yük maşını, bir neçə təcili yardım maşını və müxtəlif döyüş sursatları da göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu