Kanada Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketi ayırır
Pentaqonun rəhbəri Lloyd Austin iyunun 15-də bildirib ki, Kanada Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb.
“Kanada Ukraynaya dəstək üçün daha 500 milyon dollarlıq hərbi yardım paketi təqdim edib. Buraya Ukrayna səmasını qorumaq üçün 200-dən çox kritik hava hücumundan müdafiə raketləri daxil olacaq”, - deyə o, Brüsseldə Qərb ölkələrinin silah tədarükünü koordinasiya edən qrupunun iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
O əlavə edib ki, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələri üçün yerüstü hava hücumundan müdafiə sistemlərinin təchizatına diqqət yetirir.
Xatırladaq ki, bir ay əvvəl Kanadanın baş naziri Castin Trüdo Ottavanın Kiyevə 21 min avtomat, 38 pulemyot və 2,4 milyondan çox patron göndərəcəyini bildirmişdi.