Aİ Ukraynaya silah tədarükü üçün daha 1,24 milyard avro köçürüb


Avropa Komissiyası Ukraynaya 2026-cı il üçün nəzərdə tutulan 90 milyard avroluq proqram çərçivəsində daha 1,24 milyard avro köçürüb.

AFN.az xəbər verir ki, Avropa Komissiyasının mətbuat xidmətinin məlumatına görə, vəsait Avropanın müdafiə sənayesindən raketlər, pilotsuz uçuş aparatları və dronları məhv etmək üçün nəzərdə tutulan pilotsuz sistemlərin alınmasına yönəldiləcək.

Bu ödəniş Ukraynaya 2026-2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq dəstək krediti çərçivəsində müdafiə məqsədləri üçün ayrılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu