Takaiçi Yaponiyanın ABŞ-la birgə nüvə missiyalarında iştirakını istisna edib


Yaponiya ABŞ-la birgə nüvə missiyalarında, o cümlədən Amerika nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsini nəzərdə tutan fəaliyyətlərdə iştirak etməyəcək.

AFN.az xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Sanae Takaiçi parlamentdə keçirilən debatlar zamanı açıqlayıb.

Baş nazir müvafiq sualı cavablandırarkən belə bir konsepsiyanın Yaponiya hökuməti üçün qəbuledilməz olduğunu bildirib.

Bununla yanaşı, Takaiçi parlamentdə üç qeyri-nüvə prinsipinə gələcəkdə də sadiq qalacağı ilə bağlı sualdan yayınıb. Bu prinsiplərə əsasən, Yaponiya nüvə silahına malik olmamalı, onu istehsal etməməli və ölkəyə gətirməməlidir.

Baş nazir bildirib ki, hökumətinin ilin sonunda qəbul etməyi planlaşdırdığı yeni təhlükəsizlik sənədlərinin məzmunu ilə bağlı indidən fərziyyə irəli sürməyəcək. Hazırda sənədlərin hazırlanması ekspertlər şurası tərəfindən həyata keçirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu