ABŞ İranla istənilən razılaşmada nüvə silahına təminat tələb edir
ABŞ İranla istənilən razılaşmanın Tehranın nüvə silahına malik olmayacağını və nüvə proqramını inkişaf etdirmək imkanından məhrum olacağını təmin etməsini tələb edir.
AFN.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Rubio İranın nüvə silahına malik ola bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ın qəbul edəcəyi istənilən razılaşma İranın nüvə silahına sahib olmamasını nəzərdə tutmalıdır.
“İranın nüvə silahı ola bilməz. Nöqtə. Nəyin qəbul edilə bilən, nəyin qəbuledilməz olduğu ilə bağlı təfərrüata varmayacağam, lakin onların nüvə proqramı olmayacaq”, - qeyib Rubio bildirib.
