BMT: Süni intellekt bütün ölkələrin inkişafı üçün alətə çevrilməlidir


Süni intellekt texnologiyaları böyük və kiçik olmaqla bütün ölkələrin sosial-iqtisadi inkişafı üçün alətə çevrilməlidir.

AFN.az xəbər verir ki, bunu BMT-nin rəqəmsal və yeni texnologiyalar üzrə xüsusi nümayəndəsi Amandeep Sinq Qill İkinci Qlobal Rəqəmsal Forumun kuluarında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün ölkələrin süni intellekt texnologiyalarından öz sosial və iqtisadi inkişafı üçün istifadə etməsinə imkan yaradılmalıdır. Bunun üçün böyük həcmli məlumat bazaları, məlumatların emalı infrastrukturu və açıq süni intellekt modellərinin öyrədilməsi üçün hesablama imkanları tələb olunur.

Gill bildirib ki, söhbət süni intellekt üçün bütün texnoloji bazanın sıfırdan yaradılmasından ibarət deyil. Onun sözlərinə görə, əsas məqsəd ölkələrin öz problemlərinin həllində süni intellektdən istifadə edə bilməsini təmin etməkdir.

BMT rəsmisi qeyd edib ki, hazırda təşkilatın diqqəti məhz bu istiqamətə yönəlib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu