NATO Hərbi Komitəsinin üzvləri Kiyevdə səfərdə olublar



NATO Hərbi Komitəsinin bütün hərbi rəhbərləri oktyabrın 6-da Ukraynaya səfər edib.

AFN.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone açıqlayıb.

O, “X” sosial şəbəkəsində paylaşım edərək NATO-nun Hərbi Komitəsinin tam heyətlə Kiyevdə olduğunu bildirib. Draqone paylaşımında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixaylo Drapatı ilə görüşündən foto da yayımlayıb.

NATO daha əvvəl Hərbi Komitənin Ukraynaya səfər edəcəyini açıqlasa da, səfərin dəqiq vaxtı və proqramı barədə məlumat verməyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu