Hindistan Qara dənizdə atəşkəs üçün üç bəndlik plan təklif edir


Hindistan Rusiya-Ukrayna münaqişəsi çərçivəsində enerji və taxıl daşımalarının fasiləsizliyini təmin etmək məqsədilə üç bənddən ibarət atəşkəs planı təklif edib.

AFN.az xəbər verir ki, bu barədə “Hindustan Times” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, plan enerji obyektlərinə və digər infrastruktura hücumların dayandırılmasını, Qara dəniz limanları vasitəsilə taxıl və enerji daşıyıcılarının fasiləsiz daşınmasını, eləcə də bu strateji su hövzəsində kommersiya gəmilərinə zərbələrin dayandırılmasını nəzərdə tutur.

Mənbələrin sözlərinə görə, Hindistanın təklifi Misir, Türkiyə və ABŞ-ın ayrı-ayrılıqda irəli sürdüyü atəşkəs təşəbbüslərindən daha genişdir. Plan Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarın ötən ay Kiyevə səfəri zamanı Ukrayna rəhbərliyinə çatdırılıb.

Hindistanın bu təşəbbüsdə maraqlı olmasının səbəblərindən biri Rusiyadan enerji daşıyıcılarının fasiləsiz tədarükünün təmin edilməsidir. “Hindustan Times”ın məlumatına görə, son həftələrdə Qara dənizdə kommersiya gəmilərinə hücumlar taxıl və enerji daşımalarına təsir göstərib.

Ukraynanın xarici işlər naziri Andrey Sbiqa ötən həftə Kiyevin Hindistan, Türkiyə, Misir və ABŞ-dan dörd atəşkəs təklifi aldığını açıqlayıb. O, Hindistanın təklifini ən əhatəli təşəbbüs kimi qiymətləndirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu