Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizlik üzrə işçi qrupu yaradacaq


Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında Türkiyə ilə birlikdə Qara dənizdə təhlükəsizlik üzrə ikitərəfli işçi qrupu yaratdığını açıqlayıb.


Bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. “Rumıniya xarici işlər naziri türkiyəli həmkarı tərəfindən 2022-ci ilin dekabrında təsdiq edilmiş Qara dənizdə təhlükəsizlik üzrə ikitərəfli Rumıniya-Türkiyə işçi qrupunun yaradılması təklifi barədə Blinkeni bilgiləndirib. Dövlət katibi bu prosesi yüksək qiymətləndirib", - deyə açıqlamada qeyd edilib.

Diplomatlar həmçinin "Qara dəniz regionunda onun mühüm ticarət və enerji marşrutu statusunu gücləndirəcək strateji yanaşma vasitəsilə sabitliyin möhkəmləndirilməsi imkanları" ilə bağlı fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, bu ilin martında Buxarestdə Rumıniya və ABŞ arasında Strateji Dialoqun səkkizinci görüşü keçiriləcək. Blinkenlə Auresku arasında danışıq həmin tədbirə hazırlıq çərçivəsində baş tutub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu