Nazirliyin sabiq aparat rəhbəri ABŞ-da yeni şirkət təsis etdi


Mədəniyyət Nazirliyinin sabiq aparat rəhbəri Vasif Eyvazzadə amerikalı professor Şaista Xilji (Shaista E. Khilji) ilə birlikdə yeni təşkilat təsis edib.

AFN.az Yurd.Media-ya istinadən xəbər verir ki, onların birgə yaratdığı "Intelligent Organizations Hub" (“İntellektual Təşkilatlar Mərkəzi”) adlı təşkilatın məqsədi insan–təşkilat–süni intellekt əməkdaşlığı dövründə təşkilatların öyrənmə, düşünmə, qərarvermə və dəyişikliklərə uyğunlaşma imkanlarının inkişaf etdirilməsidir.

"Intelligent Organizations Hub" təşkilatların intellektual fəaliyyətinin mahiyyətini araşdıran fənlərarası təşəbbüsdür.

Professor Şaista Xilji Corc Vaşinqton Universitetində İnsan və Təşkilati Öyrənmə Departamentinin rəhbəri, eyni zamanda İnsan və Təşkilati Öyrənmə və Beynəlxalq Münasibətlər üzrə professordur. Vasif Eyvazzadə isə Corc Vaşinqton Universitetində Ed.D. (Təhsil üzrə doktorluq) proqramının namizədi, həmçinin ABŞ-da Mədəniyyət və Təhsil İnstitutunun (Chartered Culture and Education Institute) baş icraçı direktoru (CEO) və Baş Öyrənmə Direktorudur (CLO).

Mərkəz təşkilati öyrənmə, liderlik, qərarvermə, dəyişikliklərə uyğunlaşma, innovasiya və texnologiyalardan məsuliyyətli istifadə məsələləri ilə maraqlanan rəhbərləri, alimləri, tələbələri, mütəxəssisləri, siyasətçiləri və müxtəlif institutları bir araya gətirməyi nəzərdə tutur.

Qeyd edək ki, Vasif Eyvazzadə 2020-2022-ci illərdə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. O, öz istəyi ilə vəzifəsindən ayrılaraq ABŞ-a köçüb və orada fəaliyyətə başlayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu