Rubio jurnalistə: Qəzetdə yazılıbsa, bu, doğrudur?
ABŞ dövlət katibi Marko Rubio “The Wall Street Journal” qəzetinin Venesuela müxalifət lideri Mariya Korina Maçadonun ölkəyə qayıdışına mane olunması ilə bağlı yazısına dair sual verən jurnalisti tənqid edib.
AFN.az xəbər verir ki, Rubio bu barədə Afinada keçirdiyi mətbuat konfransında danışıb.
Jurnalist “The Wall Street Journal”ın Vaşinqtonun digər ölkələrdən Maçadonun Venesuelaya qayıtmasına şərait yaratmamağı tələb etdiyi barədə məlumatını şərh etməsini istəyib.
Rubio isə belə bir tələbin irəli sürüldüyünü kimin dediyini soruşub və qəzetdə dərc olunan məlumatın avtomatik olaraq həqiqət kimi qəbul edilməsini tənqid edib: "Qəzetdə yazılıbsa, bu, doğrudur?" O, ABŞ-ın digər hökumətlərə bu məzmunda müraciət etmədiyini bildirib.
