ABŞ dövlət katibi süni intellektin “super intellekt” adlandırılmasını istəyir


ABŞ dövlət katibi Marko Rubio jurnalistin süni intellektlə bağlı sualını düzəldərək texnologiyanın “süni intellekt” deyil, “super intellekt” adlandırılmasını istəyib.

AFN.az xəbər verir ki, Rubio bu barədə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

“O, super intellekt adlanır”, - Rubio vurğulayıb.

ABŞ dövlət katibi bildirib ki, ABŞ hökuməti super intellektin tənzimlənməsi, onunla bağlı risklər və imkanları araşdıran işçi qrup yaradıb. Onun sözlərinə görə, Vaşinqton bu sahədə müttəfiqləri ilə koordinasiyalı fəaliyyət göstərmək niyyətindədir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 29-da imzaladığı sərəncamla federal hökumətin sənədlərində “süni intellekt” və “AI” terminlərinin əvəzinə “super intellekt” və “SI” ifadələrinin işlədilməsini tapşırıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu