Süni intellektlə Marko Rubionu təqlid edən şəxs rəsmilərlə əlaqə saxlayıb


ABŞ Dövlət Departamenti süni intellektdən istifadə edərək Xarici İşlər Naziri Marko Rubionu təqlid edən bir dələduzun yüksək vəzifəli şəxslərlə əlaqə saxladığını açıqlayıb.



The Washington Post (WP) qəzetinin əldə etdiyi məlumata görə, ABŞ Dövlət Departamenti süni intellekt vasitəsilə Xarici İşlər Naziri Marko Rubionu təqlid edən dələduzlara qarşı xəbərdarlıq yayımlayıb.



Departament qeyd edib ki, süni intellekt dəstəkli bir proqram təminatı ilə Rubionun səsini və yazı tərzini təqlid edən bir şəxs yüksək vəzifəli şəxslərə səsli və yazılı mesajlar göndərib.



Həmin dələduzun ABŞ siyasətçiləri arasında geniş istifadə olunan "Signal" adlı mesajlaşma tətbiqində Rubionun adına saxta hesab yaradaraq üç fərqli ölkənin xarici işlər nazirləri, bir konqres üzvü və bir qubernatorla əlaqə saxladığı bildirilir.



Mesajların məzmunu və hədəf alınan rəsmilərin adları açıqlanmasa da, Rubionu təqlid edən dələduzun kimliyi hələ də məlum deyil.



ABŞ Dövlət Departamenti hadisə ilə bağlı genişmiqyaslı istintaq aparılacağını və oxşar halların təkrarlanmaması üçün tədbirlər görüləcəyini bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu