Cənubi Koreya və ABŞ birgə süni intellekt işçi qrupu yaradıb
Cənubi Koreya Xarici İşlər Nazirliyi ABŞ ilə birgə süni intellekt işçi qrupu yaratdıqlarını açıqlayıb.
Yonhap-ın məlumatına görə, nazirlikdən verilən açıqlamada bildirilib ki, Cənubi Koreya və ABŞ ilə əməkdaşlıq çərçivəsində yaradılan birgə süni intellekt işçi qrupunun ilk iclası keçirilib.
Bildirilib ki, görüşdə tərəflər süni intellekt sahəsində beynəlxalq standartların işlənib hazırlanması və birgə tədqiqatların aparılması üçün əməkdaşlıq etmək barədə qərar qəbul ediblər.
Birgə işçi qrupunun iki ölkə arasında texnologiya sahəsində əməkdaşlığı artıracağı vurğulanıb.