İraq Suriyaya 4 min İŞİD şübhəlisini təhvil verməkdən imtina edib
İraq hakimiyyəti Suriyanın ölkə həbsxanalarında saxlanılan və İŞİD-lə əlaqədə şübhəli bilinən təxminən 4 min məhbusun Dəməşqə təhvil verilməsi ilə bağlı müraciətini rədd edib.
AFN.az xəbər verir ki, bunu İraqın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Abudi deyib. Onun sözlərini “Baghdad Today” yayıb.
Əl-Abudinin sözlərinə görə, Suriyanın müraciətində söhbət Suriya vətəndaşı olan və İŞİD-ə mənsub olmaqda şübhəli bilinən təxminən 4 min məhbusdan gedir.
O bildirib ki, İraq daha əvvəl bu qruplaşmaya aid olmadıqları müəyyənləşdirilən təxminən 50 suriyalı məhbusu ölkəsinə qaytarıb. İraq baş nazirinin müşaviri əlavə edib ki, İraq ərazisində cinayət törətməkdə təqsirli bilinən şəxslər ölkə qanunvericiliyinə uyğun olaraq mühakimə olunacaqlar.

