İran və İraq birgə hərbi təlim planlarını müzakirə ediblər


İran və İraqın yüksək rütbəli hərbi rəsmiləri iki qonşu ölkə arasında birgə hərbi təlimlər və müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi planlarını müzakirə ediblər.


"Tasnim" xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmmədhüseyn Bakeri Bağdada ilk rəsmi səfəri zamanı İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdül Əmir Rəşid Yarallah ilə danışıqlar aparıb.

İran və İraq arasında İŞİD (İŞİD) terror qruplaşmasına qarşı müharibədə hərbi əməkdaşlığın tarixinə toxunan general Bakeri mərhum İran və İraq komandirləri general-leytenant Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisə ehtiramını bildirib.

İran Silahlı Qüvvələrinin İraqın ərazi bütövlüyü və milli suverenliyinə qarşı hər hansı təhlükənin qarşısını almağa hazır olduğunu bildirən iranlı general deyib ki, iki qonşu ölkə terrorizmlə mübarizədə öz təcrübələrini bölüşə bilər.

O, həmçinin bildirib ki, ümumi sərhəd boyu birgə hərbi təlimlər davamlı sərhəd təhlükəsizliyinə zəmanət verəcək.

İraqın yüksək rütbəli komandiri öz növbəsində İranı İŞİD-lə mübarizədə ərəb dövləti ilə səmimi əməkdaşlığa görə tərqdir edib.

General Yarallah həmçinin İraqın birgə hərbi təlimlər keçirməyə, hərbi, müdafiə və təlim sahəsində əməkdaşlığı genişləndirməyə, İranla təcrübə mübadiləsi aparmağa hazır olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu