İran Əfqanıstanla sərhəddə İŞİD terrorçusunu həbs etdi


İran Əfqanıstanla sərhəddə qonşu ölkənin vətəndaşlığını daşıyan İŞİD terrorçusunun ələ keçirildiyini açıqlayıb.


AFN.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, İran kəşfiyyatı və polisi Sistan və Bəlucistan əyalətinin Zabol şəhərində İŞİD terror qruplaşmasının üzvünü həbs edib.

Sistan və Bəlucistan əyalətinin polis rəisi general Dustali Cəlilyan bildirib ki, İranın kəşfiyyat qüvvələri İŞİD terror qruplaşmasının üzvünün Zabol şəhərinin kəndlərindən birində məskunlaşdığını müəyyən edib. General Cəlilian əlavə edib ki, onun gizləndiyi yeri tapmaq üçün keçirilən xüsusi hərbi əməliyyatdan sonra İran kəşfiyyatı və polisi bu İŞİD terrorçusunu həbs etməyə nail olub.

O, bildirib ki, ilkin araşdırma zamanı qonşu ölkələrdən birinin vətəndaşı olan həmin şəxsin ərazidə İŞİD terroruna yardım etdiyi məlum olub.

Zabol İranın Əfqanıstanla sərhədi yaxınlığında yerləşir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu