Google süni intellekti 544 sualla sınağa çəkəcək


Google "DeepMind" süni intellekt modellərinin gündəlik suallara nə dərəcədə düzgün və ardıcıl cavab verdiyini yoxlamaq üçün 544 tapşırıqdan ibarət yeni sınaq sistemi təqdim edib.

AFN.az xəbər verir ki, "Google DeepMind"in yaydığı məlumata görə, "Humanity’s First Exam" (HFE) adlanan yeni qiymətləndirmə sistemi Kaggle platformasında istifadəyə verilib.

Sınaq 20 əsas bacarığı əhatə edən mətn və şəkillərlə bağlı 544 tapşırıqdan ibarətdir. Onun əsas məqsədi süni intellekt modellərinin yalnız bir dəfə düzgün cavab verməsini deyil, eyni sualın fərqli variantları qarşısında da nəticəni qoruyub saxlamasını yoxlamaqdır.

Google bildirir ki, mövcud süni intellekt modelləri mürəkkəb riyazi hesablamalar, proqramlaşdırma və elmi məsələlərdə ciddi irəliləyiş əldə etsələr də, gündəlik sadə suallara ardıcıl cavab vermək hələ də ayrıca sınaq tələb edir.

Şirkət yeni sistemin təkmilləşdirilməsi üçün üç həftəlik Kaggle müsabiqəsi də başladıb. İştirakçılar dekabrın 15-dək modellərin cavab verməkdə çətinlik çəkdiyi gündəlik sualları təqdim edə bilərlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu