Nyu-Yorkda süni intellektli oyuncaqların satışına 5 illik qadağa qoyuldu


Nyu-York ştatında uşaqlarla süni intellekt vasitəsilə ünsiyyət quran oyuncaqların istehsalına, yayılmasına və satışına beş il müddətinə moratorium tətbiq edilib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, ştatın qubernatoru Keti Hokul noyabrın 24-də süni intellektli oyuncaqlarla bağlı qanunu imzalayıb.

Yeni qanun internetə qoşulan və uşaqlarla söhbət edə bilən süni intellekt sistemləri ilə təchiz olunmuş gəlincikləri, yumşaq oyuncaqları və robotları əhatə edir.

Qərarın qəbulunda uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıqlar əsas rol oynayıb. Belə oyuncaqlar uşaqlarla müxtəlif mövzularda ünsiyyət qura bildiyindən onların nəzarətsiz istifadəsinin mümkün riskləri müzakirə olunur.

Qanun 2027-ci il fevralın 22-də qüvvəyə minəcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu