Nyu Yorkda hökumətə məxsus cihazlarda "DeepSeek"in istifadəsi qadağan edilib
![](/uploads/posts/2025-02/20c9307878_deepseek-reu-2326807_1.jpg)
ABŞ-ın Nyu-York ştatında təhlükəsizliklə bağlı narahatlıqlar səbəbilə Çin mərkəzli bir şirkət tərəfindən hazırlanmış süni intellekt modeli DeepSeek-in dövlətə məxsus cihazlarda istifadəsi qadağan edilib.
Nyu-York qubernatoru Keti Hoçul verdiyi açıqlamada əyalət hökuməti işçilərinə "DeepSeek"tətbiqini dövlət qurumlarının cihaz və şəbəkələrində yükləmələrinin qadağan edildiyini açıqlayıb.
Açıqlamada "DeepSeek"in istifadəçi məlumatlarını saxladığı və texnoloji sirləri əldə edə biləcəyi ilə bağlı narahatlıqlara diqqət çəkən Hoçul, "Mənim prioritetim ictimai təhlükəsizlikdir. Nyu York sakinlərini həm xarici, həm də daxili təhdidlərdən qorumaq üçün işlərimizi davam etdiririk" deyib.