İtaliya "DeepSeek"ə girişi blokladı
İtaliyada Fərdi Məlumatların Mühafizəsi Təşkilatının (GPDP) Çinin süni intellekt proqramı "DeepSeek"ə girişi blokladığı açıqlanıb.
GPDP tərəfindən verilən açıqlamada İtalyan istifadəçilərinin məlumatlarını emal etməsinin qarşısını almaq üçün "Hangzhou DeepSeek Artificial Intelligence" və "Beijing DeepSeek Artificial Intelligence" şirkətlərinə aid "DeepSeek" chatbot xidmətinə təcili giriş qadağası qoyulduğu bildirilib.
"İtalyan istifadəçilərinin məlumatlarının qorunması üçün qəbul edilən qərar şirkətlərdən alınan məlumatların tamamilə qeyri-adekvat olduğu aşkar edildikdən sonra bu gün qüvvəyə minib", - deyə məlumatda bildirilir.
Qeyd edilib ki, girişin bloklanması ilə yanaşı eyni vaxtda "DeepSeek" ilə bağlı araşdırma başlanıb.