Hollandiyada hökumət cihazlarına "DeepSeek" qadağası
![](/uploads/posts/2025-02/deepseek-2326922_1.jpg)
Hollandiya Çinin "DeepSeek" şirkətinin süni intellekt tətbiqinin hökumətə məxsus cihazlarda istifadəsini qadağan edib.
Hollandiya İctimai Yayım Korporasiyasının (NOS) məlumatına görə, rəqəmsallaşma və krallıq əlaqələri üzrə dövlət naziri Zsolt Szabo hökumətə məxsus cihazlarda "DeepSeek"dən istifadənin qadağan edildiyini bildirib.
Süni intellekt proqramı "DeepSeek" casusluğa meyilli proqram kimi təsvir edilib və buna görə də hökumətə məxsus cihazlarda istifadəsi qadağan edilib.
"DeepSeek"in istifadəsinə qoyulan qadağanın mərkəzi hökumət cihazlarına şamil edildiyi və yerli hökumətlərin öz işçilərinə də oxşar məhdudiyyət tətbiq edə biləcəyi açıqlanıb.
Hollandiya Şəxsi Məlumatların Mühafizəsi Təşkilatı keçən həftə verdiyi açıqlamada "DeepSeek"dən diqqətli və ehtiyatlı istifadə etməyə çağırıb.