Hörmüz boğazında iki tanker minaya düşüb, yanğın başlayıb


AFN.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Hörmüz boğazının cənub və şərq hissələrində iki neft tankerinin minaya düşdüyünü açıqlayıb.

AFN.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, gəmiçilik qaydalarını pozan iki gəmi minalara düşüb. Partlayışlar nəticəsində hər iki tankerin mühərrik bölməsində yanğın başlayıb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri gəmi sahiblərini və tanker operatorlarını qadağan olunmuş ərazilərdən keçidin heyət üzvlərinin həyatı və gəmilərin təhlükəsizliyi üçün ciddi təhdid yaratdığı barədə xəbərdar edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu