SEPAH: Naviqasiya sistemlərini söndürən gəmilərə qarşı sərt tədbirlər görüləcək


Hörmüz boğazının cənubunda dəniz minasına düşən tankerin mühərrik bölməsində partlayış və yanğın baş verib.

AFN.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

SEPAH-ın dövlət televiziyası və radiosunda yayımlanan bəyanatında bildirilir ki, tanker boğazdan çıxmağa çalışarkən naviqasiya və mövqetəyinetmə sistemlərini söndürüb, keçid qaydalarına əməl etməyib.

SEPAH xəbərdarlıq edib ki, Hörmüz boğazı ərazisindən keçən gəmilər naviqasiya və identifikasiya sistemlərini söndürərsə, onlara qarşı sərt və qətiyyətli tədbirlər görüləcək.

Bəyanatda tankerin adı və hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu