ABŞ: Hörmüzdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir döyüş gəmisi vurulmayıb



ABŞ ordusu Hörmüz boğazında 2 ABŞ gəmisinin hədəfə alındığı barədə məlumatı təkzib edərək, “ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir döyüş gəmisi vurulmayıb” açıqlamasını verib. 

AFN.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məsələ ilə bağlı sosial media hesabından açıqlama yayıb.

Açıqlamada “ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir döyüş gəmisi vurulmayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun bütün hücum cəhdləri uğursuzluqla nəticələnib” ifadələrinə yer verilib.

ABŞ qüvvələrinin yalnız ötən həftə ərzində 10 İran tankerini məhv etdiyi bildirilən açıqlamada “Bu gəmilər İran İslam İnqilabı Keşikçiləri Korpusuna maliyyə təminatı verən milyardlarla dollarlıq kölgə şəbəkəsinin bir hissəsi idi və İran bunları müdafiə edə bilməz” ifadələri işlədilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu