ABŞ İrana yönəlik hava zərbələrinin təfərrüatlarını paylaşdı



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana yönəlik 7 və 8 iyul tarixlərində təşkil edilən hava zərbələrində vurulan hədəflərə dair təfərrüatları paylaşıb.

AFN.az xəbər verir ki, CENTCOM-dan verilən açıqlamaya görə, ABŞ-nin 8 iyulda həyata keçirdiyi hücumlarda İrana aid təxminən 90 hərbi hədəf vurulub.

Hücumlarda hava hücumundan müdafiə sistemləri, sahil müşahidə ünsürləri, raket və pilotsuz uçuş aparatı (PUA) saxlanılan obyektlər, hərbi dəniz qüvvələrinə aid ünsürlər ilə İranın sahil zolağındakı hərbi logistika infrastrukturu hədəf alınıb.

Əməliyyatların bir əvvəlki gecə həyata keçirilən hücumların davamı xarakteri daşıdığı qeyd olunub.

CENTCOM 7 iyulda təşkil edilən ilk hücum dalğasında isə təxminən 80 İran hərbi hədəfinin vurulduğunu, bunlar arasında İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus 60-dan çox sürətli qayığın da olduğunu iddia edib.

Açıqlamada əməliyyatların İranın atəşkəsi pozaraq Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücum etməsindən sonra təşkil edildiyi iddia olunarkən, Tehrana ağır bədəl ödətməyin hədəfləndiyi ifadə edilib.

CENTCOM ABŞ qüvvələrinin bölgədə sayıq, yüksək hazır vəziyyətdə və ABŞ Prezidentinin göstərişi doğrultusunda əməliyyat keçirməyə hazır olduğunu bildirərək, ehtiyac yaranacağı təqdirdə yeni hücumların təşkil edilə biləcəyi mesajını verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu