ABŞ: İrandakı PUA və radar mərkəzlərini vurduq



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı yaxınlığındakı Qeşm adası və Qoruk bölgəsində radar və pilotsuz uçuş aparatlarının (PUA) komanda-idarəetmə mərkəzlərini hədəf aldıqlarını bəyan edib.

AFN.az xəbər verir ki, CENTCOM-un "X" hesabından mövzu ilə bağlı açıqlama verilib.

Bəyanatda İranın Qeşm adası və Qoruk bölgəsində yerləşən radar və PUA komanda-idarəetmə mərkəzlərinə həftəsonu hücumlar təşkil edildiyi bildirilib.

ABŞ-yə məxsus "MQ-1" tipli PUA-nın beynəlxalq sular üzərində uçuş həyata keçirdiyi zaman İran tərəfindən vurularaq salınması səbəbindən bu hücumların reallaşdırıldığına diqqət çəkilən açıqlamada bu ifadələrə yer verilib:

"ABŞ qırıcıları da dərhal cavab zərbələri endirərək İranın hava hücumundan müdafiə sistemini, bir yerüstü idarəetmə stansiyasını və regional sulardan keçən gəmilər üçün açıq təhlükə yaradan 2 PUA-nı zərərsizləşdirib".

İrana qarşı təşkil edilən hücumlarda ABŞ qüvvələri tərəfindən hər hansı can itkisinin qeydə alınmadığı bildirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu