İran: "Hermes 900" və "MQ-9" tipli PUA-ları vurduq
İranın Xuzistan və Hörmüzgan əyalətlərində "Hermes 900" və "MQ-9" tipli silahlı pilotsuz uçuş aparatlarının (SPUA) vurulduğu bildirilib.
AFN.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın yaydığı məlumata görə, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr Şöbəsi Hörmüzgan əyalətinin Qeşm adasında vurulan PUA ilə bağlı bəyanat yayıb. Bəyanatda ABŞ-a məxsus "MQ-9" tipli pilotsuz uçuş aparatının Qeşm adası yaxınlığında hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi qeyd olunub.
"Tesnim" Xəbər Agentliyi isə İnqilab Keşikçiləri Korpusuna istinadən yaydığı xəbərdə Xuzistan əyalətinin Endimeşk bölgəsində bir ədəd "Hermes 900" tipli PUA-nın vurularaq salındığını bildirib.

