Yaponiya Ukrayna istehsalı PUA-ları sınaqdan keçirəcək


Yaponiya Ukraynanın “Skyfall” şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarını sınaq məqsədilə almağı planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə “Kyodo” Kiyevə səfər edən Yaponiyanın keçmiş müdafiə naziri və hakim Liberal-Demokrat Partiyasının (LDP) yüksək vəzifəli üzvü İtsunori Onodera istinadən məlumat yayıb.

Tokio Ukrayna istehsalı PUA-ların texniki imkanlarını qiymətləndirməyi planlaşdırır. Yaponiya tərəfi həmçinin Ukrayna istehsalı zərbə PUA-larının Özünümüdafiə Qüvvələrinin silahlanmasına daxil edilməsi imkanını nəzərdən keçirir.

Onodera Ukraynaya səfəri zamanı müasir döyüşlərin aparılması təcrübəsi ilə bağlı məlumatlar toplayıb. O, əldə etdiyi məlumatları Yaponiyanın müdafiə və milli təhlükəsizlik strategiyasının yenilənməsi ilə bağlı partiyadaxili müzakirələrdə təqdim etməyi planlaşdırır.

Yaponiya hökuməti 2022-ci ilin dekabrında yeni milli təhlükəsizlik strategiyasını təsdiqləyib. Hazırda sənədin yenidən nəzərdən keçirilməsi prosesində pilotsuz sistemlərin inkişafı və xaricdən kütləvi şəkildə PUA alınması məsələlərinin əsas istiqamətlərdən biri olacağı gözlənilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu