Yaponiya “Bayraktar TB2” PUA-larını sınaqdan keçirməyi planlaşdırır


Yaponiya Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatlarını (PUA) sınaqdan keçirməyi planlaşdırır.


“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb.

PUA-lar ada dövlətinin Müdafiə Nazirliyinin “seçilənlər siyahısı”na daxil edilib. Məlumatlara görə, Yaponiya Müdafiə Nazirliyinin 2023-cü maliyyə ili üçün büdcəsi çərçivəsində “Bayraktar TB2”nin ölkənin Özünümüdafiə Qüvvələrinin quru bölmələri tərəfindən sınaqdan keçirilməsi planlaşdırılır. Sınaqların uğurla başa çatması halında Türkiyə istehsalı olan zərbə dronları üçün böyük partiyada sifarişin veriləcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu