Bayraktar TB3-ün ikinci prototipi daha bir sınaqdan uğurla keçdi


İkinci prototip olan "Bayraktar TB3" 3-cü uçuş testini müvəffəqiyyətlə tamamlayıb.



Sınaqla bağlı açıqlama "Baykar" İdarə Heyətinin sədri Səlcuq Bayraktarın sosial media hesabından verilib.

Baykar tərəfindən milli və bənzərsiz olaraq hazırlanan "Bayraktar TB3"ün ikinci prototipi 3-cü uçuş sınağını uğurla tamamlayıb.

Uçuş zamanı “Orta Hündürlük Sisteminin İdentifikasiyası və Performans Testi” həyata keçirilib.

Bayraktar TB3-ün ikinci prototipi bir həftə əvvəl ilk sınaq uçuşunu müvəffəqiyyətlə həyata keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu