"Bayraktar AKINCI C" ilk uçuş sınağını müvəffəqiyyətlə tamamlayıb - VİDEO


"Baykar" tərəfindən hazırlanmış Hücum Pilotsuz Uçuş Aparatı "Bayraktar AKINCI C" Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində ilk uçuş sınağını müvəffəqiyyətlə tamamlayıb.



"Bayraktar AKINCI C" 2 X 850, ümumilikdə 1700 at gücü ilə öz sinfinin ən təsirli və bacarıqlı döyüş platforması olacaq.

Bu gün həyata keçirilən sınaq uçuşunda "Bayraktar AKINCI C" 1 saatdan çox havada qalıb. Uçuş zamanı aerodinamik parametr addımları uğurla sınaqdan keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu