Kosova "Bayraktar TB2"-ləri təhvil alıb


Kosovonun baş naziri Albin Kurti Türkiyədən aldıqları "Bayraktar TB2" PUA-larının ölkəyə gəldiyini açıqlayıb.


Baş nazir Kurti sosial media hesabında "Bayraktar TB2" PUA-nın fotosunu bu qeydlə paylaşıb: "Kosovo indi daha da təhlükəsizdir".

Müdafiə naziri Armend Mehaj və Kosovo Təhlükəsizlik Qüvvələrinin (FSK) komandiri Başkim Yaşari ilə Kosovo "Bayraktar TB2"-nin qarşısında poza verən Kurti, paylaşımında bunları söyləyib: “Türkiyədən dövlət olaraq aldığımız "Bayraktar TB2" pilotsuz uçuş aparatlarını personlımıza əlavə etdik. Biz ordu büdcəsini 100 faizdən çox artırdıq".

Kurti həmçinin FSK zabitlərinin PUA-ların istifadəsi üzrə təlimlərini başa vurduqlarını da bildirib.

Kosovonun neçə "Bayraktar TB2" alması barədə məlumat verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu