Aİ Serbiya və Kosovo liderlərini təcili danışıqlara çağırır


Avropa İttifaqı cümə axşamı Serbiya və Kosovo liderlərini sərhədləri yaxınlığında açıq münaqişəyə qayıtmaq qorxusunu artıran bir sıra şiddətli toqquşmalara son qoymaq üçün təcili danışıqlara çağırıb.


AFN.az "Associated Press"ə istinadən xəbər verir ki, Aİ diplomatiya rəhbəri Cozef Borrell Brüsseldə Kosovonun baş naziri Albin Kurti və Serbiya prezidenti Aleksandr Vuçiç ilə təcili görüşlər keçirəcəyini bildirib. Onların təkbətək görüşəcəkləri və ya yalnız Borrelllə ayrı-ayrılıqda danışıqlar aparacaqları hələlik məlum deyil.

"Bizə təcili olaraq gərginliyin azaldılması və Kosovo serblərinin iştirakı ilə şimalda yeni seçkilər lazımdır. Bu, region və Aİ üçün böyük əhəmiyyət kəsb edir", - Borrell danışıqlardan əvvəl tvitter hesabında yazıb.

Serbiya prezidenti Aleksandar Vucic Priştina saxlanılan serbləri azad edənə qədər Kosovo lideri Albin Kurti ilə görüşdən imtina edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu