ABŞ və AB-dən Kosovo-Serbiya gərginliyi ilə bağlı birgə bəyanat


Kosovo və Serbiya arasında gərginlik davam edir.


AFN.az xəbər verir ki, ABŞ və Avropa Birliyi iki ölkə arasındakı gərginliklə bağlı birgə bəyanatla çıxış ediblər. “Biz hamını maksimum təmkin nümayiş etdirməyə və vəziyyəti yumşaltmaq üçün təcili tədbirlər görməyə çağırırıq”, deyə - bəyanatda deyilir. Hər iki tərəfin Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovo Baş naziri Albin Kurti ilə təmasda olduğu bildirilən bəyanatda, “Prezident Vuçiç və Baş nazir gərginliyin azaldılması üçün siyasi həll yolu ilə bağlı razılığa gəliblər" - deyə bildirilir: "Bütün Dialoq öhdəlikləri təxirə salınmadan tam yerinə yetirilməlidir".

Noyabrda tutduğu vəzifədən istefa verən keçmiş serb polis zabiti Dejan Pantiç dekabrın 10-da Kosovo polisi tərəfindən saxlanılıb.Kosovo serbləri vəziyyətə reaksiya verərək Jarinje və Bernjak sərhəd-keçid məntəqələrində barrikadalar qurublar. Yol kəsilməsi səbəbindən ölkənin cənubuna gətirilə bilməyən Pantiç Jarinje yaxınlığındakı polis bölməsində saxlanılıb. Bu gün verilən qərarla Pantiçin cəzası ev dustaqlığı ilə əvəz edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu