Serbiya prezidenti Kosovo və Metoxiyadakı vəziyyətə görə Slovakiyaya səfərini ləğv edib.


"Slovakiyanın paytaxtına planlaşdırılan səfərimi Kosovo və Metohiyadakı vəziyyətin gərginləşməsi ilə əlaqədar ləğv etdim".


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

O, həmçinin ən mühüm yerlərdə dislokasiya olunmuş serb hərbçilərinə baş çəkəcəyini bildirib. Vuçiç əlavə edib ki, mindən çox serb hərbçisinə baş çəkəcək.

Serbiya prezidenti dünəni bütün xalq üçün çox ağır gün adlandırıb. O, ölkəsinin Serb xalqının azadlığı və sağ qalması, eləcə də Kosovo və Metohiya xalqlarının təhlükəsizliyi uğrunda mübarizədə uğur qazanacağına əminliyini ifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu